Meyvə adı ilə alıb yediyimiz əslində nədir?

Əvvəllər ətri ilə uzaqdan iştah açan meyvələrin indi nə dadı var, nə də tamı. Bəzi meyvələrdən mövsümündə belə öz dadını almaq olmur. Bəs görəsən göz oxşayan bu meyvələrin belə dadsız olmasının səbəbi nədir? AQTA-nın İctimaiyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirdi ki, agentlik istehsal olunan və idxal edilən qida məhsullarına nəzarət edir. Qida eksperti Məhsəti Hüseynova deyir ki, satışda olan meyvələrə vurulan kimyəvi maddələr onun dadına da təsir edir. Onun sözlərinə görə, bu cür meyvələr insan həyatı üçün çox təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, meyvələrin becərilmə prosesində də kimyəvi maddələrdən həddindən artıq istifadə olunur. Bitkiləri mayalandırmaqdan tutmuş, rənginə, ölçüsünə qədər bütün proseslərdə dərmanlardan istifadə edilir. Buna görə də meyvə alarkən əsas 3 məqama diqqət etməliyik. Mövsümi meyvə olmasına, dadına və ətrinə. Bu üç amil yoxdursa, deməli həmin meyvənin cana xeyrindən çox ziyanı var. ORXAN ASLAN XƏYAL İSKƏNDƏROV APA TV

Müəllif | Apa.Tv
Apa.tv