Məzahir Pənahov: “Şikayətlərin sayında azalma hiss olunur”
“Bu seçkilərdə şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır”.
APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, ümumilikdə şikayətlərin sayında azalma müaşhidə edilir."Müəyyən şikayətlər var ki, istəsək də Seçki Məcəlləsinin tələbinə görə, Komissiyanın iclasına çıxarıla bilməz. Hətta onlar daxil olmaqla şikayətlər 30-40-ı keçmir. Ona görə də ötən seçkilərlə müqayisədə deyə bilərəm ki, şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir”.
Bu il rekord sayda namizədin qeydə alınması ilə bağlı isə MSK sədri bildirib ki, bu, insanların fəallığı ilə bağlıdır. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallığın hiss olunduğunu deyən MSK sədri hesab edir ki, insanlar artıq cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar.