Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi

 

Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

APA TV-nin görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Vergilər naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, dövlət başçısının fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Müəllif | Apa.Tv
Apa.tv