Mikroavtobus yol kənarında dayanan 28 yaşlı gənci vurub öldürdü - SUMQAYITDA
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.
"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan keçən piyadanı vurub. Daha sonra mikroavtobus yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə piyada 1993-cü il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mikroavtobusun sürücüsü, 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü sərnişini Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.