Mikroavtobusla TİR toqquşdu, yaralananlar var
Sabirabadda mikroavtobusla ərzaq daşıyan yük avtomobili toqquşub.
Hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Qəzada yaralanan Füzuli rayonunun Bala Bəhmənli kənd sakini, 1998-ci il təvəllüdlü Zeynal Elçin Xanlar oğlu, Bakı sakini, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, Bakı sakini, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu, Saatlı rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədova Cavahir Əli qızı, Füzuli rayonu Bala Bəhmənli kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı və Füzuli rayon sakini 1958-ci il təvəllüdlü Məmmədov Tərlan Məmməd oğlu Sabirabad rayon xəstəxanasına çatdırılıb.
Qəzaya səbəb yük maşınının dönmə qaydasını düzgün yerinə yetirməməsi, mikroavtobusun isə sürət həddini aşması olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.