Mikroavtobusla yük maşını toqquşub – XƏSARƏT ALANLAR VAR
Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, qəza şəhərin əsas giriş hissəsində, Sülh prospektində qeydə alınıb. Belə ki, SOCAR-a məxsus "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1964-cü il təvəllüdlü Hüseynov Vüqar Nəriman oğlu və onun sərnişinləri - 1966-cı il təvəllüdlü Ələkbərova Sevda Əbülfəz qızı və 1961-ci il təvəllüdlü Qədirova Zülfiyyə Hidayət qızı - ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisəyə yük maşınını işıqforun tələblərini pozması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.