Mikrodalğalı sobaların fəsadları - EŞİTDİKLƏRİNİZƏ İNANMAYACAQSINIZ...
“Bir qız evində filtrə edilmiş suyu götürərək iki hissəyə ayırıb. Bir hissəsini mikrodalğalı sobada qızdırıb. Daha sonra sobada qızdırılmış su ilə gülləri sulayıb. Digər qisim təmiz su ilə başqa gülü sulayıb. Bir müddət sonra sobada qızdırılmış su ilə sulanan gül bir neçə gündən sonra yavaş-yavaş solub. Digər təbii su ilə sulanan gül isə təravətli qalıb”.
Bu nə nağıldır, nə də əfsanə. Bu, gündəlik mətbəximizdə istifadə etdiyimiz mikrodalğalı sobanın törətdiyi fəsadlardan hələ biridir. Artıq illərdir bütün evlərə ayaq açan, gənc ailələrin mətbəxlərinin olmazsa-olmazı olan mikrodalğalı soba guya işimizi asanlaşdırıb, əlimizdən tutur. Əslində isə bu əşya mətbəxdə və həyatımızda özünə yer etmiş ən zərərli texnikadır.
Düzdür, mikrodalğalı sobalar yeməyinizi qızdırır, amma nəyin hesabına? Onlar yeməyinizin elektron strukturunu pozur, yəni yeməyi öldürür. Bunu biz yox, illərlə bu sahədə araşdırmalar aparan həkim Anar Salayev deyir: “Mikrodalğalı sobaların iş prinsipi elektromaqnit dalğalara əsaslanır. Bu tip sobaların daxilinə qızdırılması üçün qida qoyulduğu zaman oradan külli miqdarda elektromaqnit dalğaları qidanın tərkibindəki suya keçir. Bu zaman saniyədə milyon dəfələrlə hərəkət etməyə başlayır və bunun nəticəsində bir-birinə sürtünərək isinirlər. Alimlərin araşdırmaları zamanı məlum olub ki, qidanın tərkibinə keçən bu maddələr bir neçə saat qidanın tərkibində qalır və biz yediyimiz zaman həmin şüalanma qida ilə birlikdə bizim orqanizmimizə daxil olur. Bundan başqa, bu sobaların tərkibində müxtəlif elementlər var ki, bu elementlər də təbiətə zidd maddədir”.
Heç düşünmüsünüzmü od, elektrik sobaları və mavi yanacaq üzərində bişirilən yeməklər niyə daha dadlı olur? Çünki mikrodalğalı sobada işıq dalğaları təsiri ilə isidilən yemək 97 faiz dəyərini itirir. Bu sobalarda qızdırılan yeməklər orqanizm tərəfindən yetərincə həzm olunmur, həzm və ifrazat sistemi pozulur. Orada ərzağın, ətin, dondurulmuş meyvələrin də buzunun açılması təhlükəlidir. Hətta bu sobalar işlək vəziyyətdə olan zaman onun qapağı açılırsa, ətrafdakı obyektlərin də şüalanmasına gətirib çıxarır.
1970-ci illərdə bu tip sobalar qadağan olunmuşdu. 90-cı illərdə yenidənqurma zamanı yenidən bərpa olunaraq evlərimizə yol açdı. Fərziyyələrə görə, 1992-ci ildə Yuqoslaviya müharibəsində NATO qüvvələrinin Belqrad şəhərini bombalaması zamanı rus alimlərinin tövsiyəsi əsasında Belqrad sakinləri mikrodalğalı sobaları küçələrə çıxararaq qapağını açmış və onları işlək vəziyyətə gətirmişdilər. Bu zaman sobalardan çıxan mikrodalğalı şüalar NATO qüvvələrinin raket sisteminə təsir etmişdi.
Araşdırmalara görə, müntəzəm olaraq mikrodalğalı sobadan istifadə edən insanların statistikasında mədə-bağırsaq sisteminin onkoloji xəstəlikləri çoxdur: “Bu, daha çox süd, ət məhsullarında, paxlalı bitkilərdə, hətta dondurulmuş meyvələrin donunu açmaq üçün istifadə olunursa, burada xüsusi alkaloidlər - kanserogen maddələr meydana gəlir. Bu maddələr orqanizmə düşür və mədə-bağırsaq xərçənginin yaranmasına gətirib çıxarır”.
Bu gün mağazalarda mikrodalğalı sobaların mexaniki, elektron və sensorlu idarəetmə sistemi olan növləri mövcuddur. Satıcılar deyir ki, bu tip sobaların qiyməti 90 manatdan 500 manata kimi dəyişir. Bununla yanaşı, iç örtük materialına görə emal, keramik, biokeramik və paslanmaz polad örtüklü növlərə ayrılır. Bunların arasında ən keyfiyyətlisi biokeramik örtüklü iç kameraya sahib mikrodalğalı sobalardır. Belə ki, biokeramikadan hazırlanmış səth çox asan təmizlənir, ərzağın qoxusunu özündə saxlamır, düz və parlaq olur.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində mikrodalğalı sobaların satışı qadağan edilib. Yaponiya mətbuatının yaydığı məlumata əsasən, bu ölkədə ilin sonuna qədər mikrodalğalı sobaların qadağan edilməsinə qərar verilib. Bu tələbə əməl etməyən bütün vətəndaşlar və təşkilatlar 5 ildən 15 ilədək cinayət məsuliyyətinə cəlb edilə bilər. 2021-ci ildə Cənubi Koreya mikrodalğalı sobaların istehsalını dayandırmağı planlaşdırılır. Həmçinin Çin də 2023-cü ildə bu tip texnologiyadan imtina etməyi düşünür.