02:57 23 sentyabr 2022 95
Ana səhifə Xəbərlər

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının V turunda meydana çıxıb. C liqasının 3-cü qrupunda mübarizə aparan komandamız son səfər sınağında Slovakiyanın qonağı olub. Canni de Byazinin yetirmələri Trnava sınağında azarkeşlərini sevindirib. Millimiz qarşılıqlı hücumlarla keçən ilk yarının sonlarında hesabı açıb. Renat Dadaşov meydan sahiblərini məyus edib. Slovakiyalılar ikinci hissədə böyük qüvvə ilə irəli atılıb. Rəqibin təzyiqinin qarşısını inamla alan yığmamız əks-hücumlada meydan sahiblərinə həyəcanlı anlar da yaşadıb. Son dəqiqələrdə komandalar hərəyə bir qol vursa da, üstünlüyünü sonadək qorumağa nail olan millimiz 2:1 hesablı qələbə qazanıb. Bu səfər qələbəsi yığmamıza C liqasında yerini təmin etmək imkanı verib. Qeyd edək ki, yığmamız sentyabrın 25-də Bakıda Qazaxıstanla görüşəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın