Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video iclas keçirib
Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video konfrans vasitəsi ilə onlayn iclas keçirib.
APA TV-nin xəbərinə görə, iclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirib ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir.
İclasın gündəliyinə aşağıdakı 8 məsələ daxil edilib.
Komitə sədri gündəlikdə olan məsələlər barədə fikirlərini bildirdikdən sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə qanun layihələri barədə rəy və təkliflərini söyləyiblər.
Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədə uyğun hesab edilib.