Sahibə Qafarova Milli Məclisin sədri seçildi - MÜAVİNLƏRİ DƏ BƏLLİ OLDU
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.
APA TV-nin məlumatına görə, bu vəzifəyə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi də müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, bitərəflərin namizədi Adil Əliyev və parlamentdə azlıq təşkil edən partiyaların namizədi Fəzail İbrahimli isə vitse-spikerlər seçilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.