Milli Məclisin komitə və komissiya iclasları dayandırılır

"Dünyada koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Azərbaycanda da bu sahədə ciddi işlər aparılır".

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

 

O bildirib ki, dünən Baş Nazir icra hakimiyyəti orqanlarına, məktəblərə məktub göndərib. Bununla əlaqədar komitə və komissiya iclasları dayandırılmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv