Milli Məclisin növbədənkənar iclası çağırıldı
Avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar iclası çağırılır.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, Milli Məclisin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.