Milli Məclisin sədri və müavinləri postlarına namizədlər məlum olub

Yeni Azərbaycan Partiyasının Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub.

 

APA TV-nin məlumatına görə, namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.

 

YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli, Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova olub.

 

Bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyev müəyyənləşib.

Müəllif | Apa.Tv
Apa.tv