Milli Parkda elektrik cərəyanı ilə ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub. Keçirilən tədbir zamanı Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Lənkəran rayon sakini Eldəniz Niftullayev saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Eldəniz Niftullayevin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv