Milli Parkın ərazisində elektrik cərəyanı ilə balıq ovlayan şəxs yaxalandı

Milli Parkın ərazisində elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi və Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Masallı rayon sakini Arif Həsənov yaxalanıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər alətlər, həmçinin qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb.

Arif Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv