Minalanmış ərazilərdən dəmir yığanlar həbs olundu
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini yaxalanıb.
Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb.
Həmin şəxslər barəsində toplanan materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.