Minalanmış torpaqlar aclıq gətirəcək? – DÜNYA BANKININ SABİQ VİTSE-PREZİDENTİNDƏN HƏYƏCAN TƏBİLİ

 

“Aclıq və qıtlıq təhlükəsi dünyanın ciddi və böyük problemidir”. APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Sabiq Vitse-prezidenti İsmayıl Seragəldin bildirib. Onun sözlərinə görə, bu gün dünyadakı 8.3 milyard əhalinin 800 milyonu iqtisadi vəziyyəti aşağı olan insanlardır. “İnkişaf etmiş ölkələrdə bu hal yoxdur. Demək olar ki, tamamilə ləğv edilib. Ancaq bizim bir neçə problemlərimiz var. Onlardan biri iqlim dəyişikliyidir. Bu da qıtlığa səbəb olur. Məsələn bəzi ərazilərə yağıntılar daha çox düşür, amma bəzi əkin sahələri var ki, uzun müddət yağıntı olmur. Hətta bəzən bəzi ölkələrdə su çatışmazlığı da yaranır. Bu hallar da kənd təsərrüfatına zərər vurur” deyə o bildirib. İsmayıl Geraldin bildirib ki, buna digər səbəb qlobal qida məsələdir. Hansı ki, insan təsiri nəticəsində yaranır. Buna Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış vəziyyəti nümunə göstərmək olar. Çünki, hər iki ölkə, Həm Rusiya həm də Ukrayna böyük qida ixrac edən ölkələrdir. Qlobal qida probleminə görə artıq insanlar enerji problemini müzakirə etmirlər. Müharibə bitdikdən sonra da eyni problem qalacaq. Çünki, əkin sahələri minalanıb. O müharibələrin kənd təsərrüfatına vurduğu zərərdən söz açıb. Bildirib ki, minalardan təmizlənmə və bu sahənin inkişafı barədə sabah Şuşada bəhs olunacaq”.

Müəllif | Apa.Tv
Apa.tv