Minalı ərazidəki yanğın belə SÖNDÜRÜLÜR - APA TV

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Bundan əlavə, Qubadlı rayonunun Muradxanlı kəndi, Xocavənd rayonunun Binədərəsi kəndi və Füzuli rayonunun Aybasanlı kəndində əsasən kol-kos və otluq ərazilərdə baş vermiş yanğınlar da qısa müddətdə söndürülüb, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

 

Həmçinin, Xocavənd rayonunun Günəşli kəndi yaxınlığında mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv