16:35 1 oktyabr 2022 173
Ana səhifə Xəbərlər

Minaya düşən şəxslərin SON VƏZİYYƏTİ - APA TV

Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Tərtərin “Üçüncü Sovxoz” adlı ərazisində iki mülki şəxs minaya düşüb. Piyada-əleyhinə minanın partlaması nəticəsində Səhləbad kənd sakinləri 32 yaşlı Nicat Cabbarov və 46 yaşlı Rəfail Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokurorluğun mətbuat xidmətindən isə hadisə yerinə baxış keçirildiyi və məhkəmə-tibb ekspertizası təyin edildiyi bildirilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın