Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş

 

Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının sakini olub. APA TV xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub. B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşı olub. Babək Əliyev nişanlı olub.

Müəllif | Apa.Tv
Apa.tv