“Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğradı

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. Hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

 

İlkin məlumata görə, avtobusla yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Xəsarət alanlar - yük maşınının sürücüsü, 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.

 

TƏBİB “Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

 

Qurumdan bildirilib ki, hadisə nəticəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.

 

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv