Mingəçevir Musiqi Məktəbi Üzeyir Hacıbəyli haqqında sənədli film çəkib

Mingəçevir Musiqi Məktəbi Üzeyir Hacıbəyli haqqında sənədli film çəkib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, regionda ilk dəfə olaraq musiqi məktəbi tərəfindən çəkilən əsər Bərdə Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına 11 illik Mingəçevir Musiqi Məktəbi kollektivinin təşəbbüsü və iştirakı əsasında ərsəyə gəlib.

Layihə müəllifi Vüsal Məmmədovun sözlərinə görə, məqsəd görkəmi musiqi ustadının 135 illik yubileyinə töhfə vermək olub. “Dahi bəstəkar” adlanan filmdə klassik ənənələrin qorunması məqsədilə ağ-qara formatdan istifadə olunub. Filmdə məktəb xalq çalğı orkestrinin və xorunun ifasında dahi bəstəkarın məşhur əsərləri səslənir, onun zəngin yaradıcılıq tarixindən bəhs olunur.

Filmin çəkilişlərinə Mingəçevir Dövlət Dram Teatrının bir qrup mütəxəssisi də cəlb olunub. Film artıq sosial şəbəkə üzərindən yayımlanmağa başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv