Mingəçevir sakini xurma ağacından yıxılıb öldü 

Mingəçevirdə 65 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə,  bədbəxt hadisə Kür çayı sahilində yerləşən bağ təsərrüfatlarından birində qeydə alınıb. Adıçəkilən ərazidə xurma yığan şəhər sakini Nazim Allahverdiyev qəfildən ağacdan yerə yıxılıb. Boyun nahiyəsindən sınıq xəsarətləri alan şəhər sakini ağır vəziyyətdə Mingəçevir  şəhər Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı kişi koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv