Mingəçevir sakinindən bir ilk – 3D FORMATINDA YENİ CİZGİ FİLİMİ HAZIRLAYIR
Mingəçevir sakini kiçik məkanda böyük işlər görür. Müxtəlif internet oyunlarının və cizgi filmlərinin müəllifi olan 32 yaşlı Elvin Mütaliboğlu “Evdə qal” prinsipinə əməl etməklə yeni cizgi filmləri də hazırlayır.
APA TV-nin yerli bürosunun məlumatına görə, o, 6 il öncə başladığı işi, öz kiçik məkanında ərsəyə gətirir. Onun müəllifi və rejissoru olduğu “Yeni il nağılı”, “Dörd fəsil”, 15 seriyalı “Banu və dostları” cizgi filmləri internet resurslarında xeyli baxış toplayıb. Şəhər sakini hazırda 3D formatında yeni çoxseriyalı cizgi filminin çəkilişlərinə başlayıb. Yeni əl işi meşə heyvanlarının dostluğundan bəhs edir.
Mingəçevir sakini hazırladığı cizgi filmlərinin daha çox yayımlanmasının tərəfdardır. Onun fikrincə tamaşaçı sayı artdıqca müəllif daha da ruhlanır.
Gənc rejissor hazırda üzərində işlədiyi cizgi filminin səsləndirilməsini karantin rejimi bitəndən sonra həyata keçirəcək. Çünki filmdə 10-dan artıq aktyorun səsindən istifadə ediləcək ki, buda hazırkı şəraitdə mümkün deyil.
Ehtiram Muradov
APA TV