Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yeni ambulanslar verildi

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 3 yeni təcili tibbi yardım maşını ilə təmin olunub.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, TƏBİB tərəfindən ayrılan “Fiat Doblo” markalı yeni, müasir ambulanslar bu gün Mingəçevir Mərkəzi Xəstəxanasına gətirilərək  Təcili Tibbi Yardım Xidmətinə təqdim olunub.

Qeyd edək ki, hər üç ambulans ən qabaqcıl tibbi texniki ləvazimatlarla təmin olunub.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv