Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb

Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb.

APA TV – nin yerli bürosunun rəsmi qurumlara istinadən verdiyi məlumata görə,  Havanın həddən artıq isti, quraq və az yağıntılı keçməsi  Su anbarında  suyun səviyyəsinin hər gün  3-4 santimetr azalmasına səbəb olur.

Regional Hidrometeoroloji müəssisədən və 8 saylı   Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə,  hazırda su anbarında suyun səviyyəsi 69.10 metr səviyyəsindədir. Son 3 ay ərzində anbarda suyun səviyyəsi 3.9 metrə qədər azalıb.

Mütəxəssislər  hesab edir  ki, qarşıdakı günlər ərzində mövcud vəziyyət yaxşılığa doğru dəyişəcək.

8 saylı   Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, su anbarında düşmə Kür çayının ümumi axarına da  təsir edir.

 

 

Ehtiram Muradov

 

Müəllif | Apa.Tv
Apa.tv