Mingəçevir və Yevlaxda brakonyerlərə məxsus 1500 metr sintetik tor götürülüb
Mingəçevir və Yevlaxın su hövzələrində qadağan olunmuş alətlərlə balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirilib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, reyd 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir Su Polisi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşlarının birgə iştirakı ilə baş tutub.
Reyd zamanı ərazinin su hövzəsinə baxış keçirilib. Mingəçevir və Varvara Su Anbarları, həmçinin Qarabağ və Şirvan suvarma kanallarında aparılan reyd zamanı hövzə qadağan olunmuş balıq ovlama alətlərindən və sintetik torlardan təmizlənib. Balıq üçün qadağan olunmuş 1500 metrə qədər sintetik tor yığışdırılaraq götürülüb.
Mingəçevir Su Polisinin əməkdaşı Mübariz Mustafayev reydlərin növbəti günlərdə də davam etdiriləcəyini bildirib.
Ehtiram Muradov