Mingəçevirdə 4 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

 

Mingəçevirdə 4 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Müslim Maqomayev prospektində yerləşən yol kəsişməsində qeydə alınıb.

 

Belə ki, “VAZ-21015”, “VAZ-2106”, “VAZ-2199” markalı minik maşınlarının və “Mercedes” markalı mikroavtobusun iştirakı ilə baş verən qəzada 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar - 1980-ci il təvəllüdlü Eldəniz İmanov, 1993-cü il təvəllüdlü Samir Cəfərli, 1992-ci il təvəllüdlü Fədai İbadov və 1980-ci il təvəllüdlü Natiq Əhmədov ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv