Mingəçevirdə 64 yaşlı kişi kanalda boğuldu

Mingəçevirdə 64 yaşlı kişi kanalda boğulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Afiq Teymuraz oğlu Hacıyevin batması barədə məlumat daxil olub.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Afiq Hacıyevin meyiti tapılaraq sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv