Mingəçevirdə ağac qadının üzərinə aşdı – KÜLƏK FƏSADLAR TÖRƏTDİ

Mingəçevirdə güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında iri ağac budağı 37 yaşlı qadının üzərinə düşüb. Nəticədə şəhər sakini Səbinə Ağasıyeva başından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib. 

Təbiət hadisəsi zamanı şəhərin Müslüm Maqomayev prospektində də iri şam ağacı piyada səkisinə aşıb. Həmin ərazidə daha bir ağac isə yol kənarına düşüb.

Bundan başqa, yeni köçkün şəhərciyinə bitişik qamışlıq ərazidə isə yanğın hadisəsi qeydə alınıb. Külək alovu ətrafa yaysa da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv