Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanaraq öldürüldü - ƏRİ TƏRƏFİNDƏN

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb.

APA TV-nin  Mingəçevir bürosunun məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına səkkiz bıçaq zərbəsi vurulub ki, onlardan ikisi ürəyinə dəyib. 37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv