Mingəçevirdə ekoloji aksiya - ŞƏHƏR ÇİMƏRLİYİNDƏ
Mingəçevir su anbarının sahil hissələrində təmizlik işləri aparılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, monitorinq-aksiya şəhər çimərliyi kimi tanınan ərazilərdə gerçəkləşib.
Çimərlik mövsümünün bağlanması ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi burada daşınmamış müxtəlif tullantılar aşkar edib.
Təmizlik aksiyasına könüllü qoşulan tələbə-gənclərin iştirakı ilə tullantıların təmizlənməsi prosesinə başlanıb. Gün ərzində ərazi xeyli təmizlənib.
Növbəti həftə ərzində belə aksiyaları ayrı-ayrı yerlərdə də davam etdirmək və şəhər ictimaiyyətinin aksiyalara cəlb edilməsi təklif olunub.