Mingəçevirdə ev yandı - SƏBƏB BİLİNMİR
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını və canlı qüvvəsinin səyi nəticəsində yanğının digər evlərə keçməsinə imkan verilməyib. Yanan evin köməkçi tikililəri isə yararsız hala düşüb. Ev sahibləri hadisə zamanı evdə olmayıb, xəsarət alan yoxdur. Hadisədən həyəcanlanan 1999-cu il təvəllüdlü paytaxt sakini Günay Rzayevaya isə əraziyə cəlb olunan həkim briqadası tərəfindən tibbi yardım göstərilib.
Yanğının başvermə səbəbləri araşdırılır.