Mingəçevirdə eyni gündə 16 nəfər zəhərləndi

Mingəçevirdə kütləvi zəhərlənmə olub.

 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı müraciətlər aprelin 3-ü axşam saatlarında daxil olub.

 

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Digər 2 nəfərə zəruri yardımlar göstərildikdən sonra ambulator müalicə  üçün evə buraxılmaları planlaşdırılır.

Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.

Qeyd edək ki, müraciətlər bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv