Mingəçevirdə hündürlüyü 2 metrdən artıq olan səməni yetişdirilib

Mingəçevirdə ölkənin ən hündür səmənisi yetişdirilib. Hündürlüyü 2 metr 40 santimetr olan Novruzun atributu şəhərin Heydər Əliyev prospektində yerləşən Uşaq İncəsənət Məktəbinin önünə qoyulub. İstixana şəraitində təxminən 20 günə yetişən səməni 70 kiloqram buğdadan cücərdilib. Səməni xüsusi elektrik mexanizmə qoşulub ki, bu da ona gün ərzində dövrə vurmağa imkan verir.

Şəhərdə ilk dəfə yetişdirilən səməniyə maraq böyükdür. Hər kəs Novruz atributuna yaxınlaşaraq onun təbii olmasını yoxlayır və önündə şəkil çəkdirir.

Hazırda Mingəçevir ərazisində 8 müxtəlif tərtibatlı səməni quraşdırılıb. Qeyd edək ki, növbəti illərdə şəhər ərazisində daha hündür səmənilərin yetişdirilməsi nəzərdə tutulur.

 

 

Müəllif | Apa.Tv
Apa.tv