Mingəçevirdə qəzaya uğrayan sərnişin avtobusu aşdı - YARALILAR VAR
Mingəçevirdə sərnişin avtobusu aşıb, yaralananlar var.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Qələbə meydanı ətrafında baş verib.
“Hyundai Elantra” markalı minik maşını 7 saylı şəhərdaxili marşrut üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən avtobus aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1960-cı il təvəllüdlü Lamiyə Qorçuyeva, 2004-cü il təvəllüdlü Aydan Məmmədova və 1996-cı il təvəllüdlü Türkan Əhmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.