Mingəçevirdə sürücü digər sürücünü yol vermək üstündə baltaladı

Mingəçevirdə sürücülər arasında düşən mübahisə qanla bitib.

Hadisə şəhərin Heydər Əliyev prospektində Sənaye Parkının yaxınlığında qeydə alınıb. Minik avtomobilinin sürücüsü, 52 yaşlı Faiq Məmmədovla şəhərdaxili marşrutun sürücüsü, 27 yaşlı Elvin Paşayev arasında yol vermək üstündə mübahisə yaşanıb. Faiq Məmmədov yolundan çəkilməyən marşrut sürücüsü Elvin Paşayevi balta ilə vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Faiq Məmmədov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv