Mingəçevirdə yardım adı ilə evə girdi, ev sahiblərinə xəsarət yetirdi

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan  naməlum şəxs ev sahibinə xəsarət yetirib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Müslim Maqomayev küçəsi 81 ünvanında baş verib.

Həmin binanın ikinci mərtəbəsində, 22 saylı mənzilə yardım təşkilatının əməkdaşı kimi daxil olan naməlum şəxs ev sahiblərinə kömək edəcəyini deyib.

Onlardan şəxsiyyət vəsiqələrini istəyib, ardınca isə kişini bıçaqla hədələyib. Həmin şəxsin evi qarət edəcəyini anlayan evin xanımı, 1953-cü il təvəllüdlü Südabə Musayeva qışqıraraq kömək istəyib. Bundan sonra naməlum şəxs panikaya düşərək qadının boyun nahiyəsinə stulu vurub və hadisə yerindən qaçıb. Qadına və yoldaşına tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı  araşdırma başlanıb.

Ehtiram Muradov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv