Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı velosipedçi həyatını itirib
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Samux küçəsində "VAZ 2109" markalı avtomobil tərəfindən velosiped vurulub. Ağır xəsarət alan velosipedçi Gündüz Məmmədov, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.