Mingəçevirdə yük maşını aşdı, sürücü xəsarət aldı
Mingəçevirdə yük maşınının təkərini partlaması qəzaya səbəb olub.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində, 1-ci paralel küçəsində baş verib.
Hərəkətdə olan qumla dolu “Hovo” markalı yük maşınının qəfildən təkərinin partlaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Yuzafif İmanov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
APA TV