Mingəçevirə giriş-çıxış məhdudlaşdırıldı
Kornovirus təhlükəsi ilə əlaqədar Mingəçevir şəhərinə giriş-çıxış məhdudlaşdırılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, səhər saatlarından etibarən şəhərin hər iki çıxış istiqamətləri polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Postlara yaxınlaşan sürücülərin qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara şəhərə giriş-çıxışın mümkün olub-olmadığı izah edilir.
Sürücülərdə mövcud vəziyyətlə əlaqəli verilən qərarları anlayışla qarşılayırlar.
Qeyd edək şəhərin nəzarət məntəqələri ilə həmsərhəd ərazidə Yevlax Polis Şöbəsi əməkdaşları da post quraraq rayona hərəkəti nəzarətə götürüblər.