Mingəçevirli gənc qədim tikiş sənətini yaşadır

Gənc olsa da, qədim tikmə sənəti ilə həvəslə məşğul olur. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevirdə yaşayan Sonaxanım Əzizova bir neçə ildir unudulmaqda olan "Sanama” tikiş növündə əl işləri hazırlayır. 

Kiçik yaşlarında nənəsində gördüyü, böyüdükdən sonra rəfiqəsindən öyrəndiyi qədim tikməni internetdə izləməklə daha da təkmilləşdirib. Sonaxanım Əzizova hazırladığı əl işlərinin o qədər də tez ərsəyə gətirməyin mümkün olmadığını deyir. Diqqət və səbir tələb edən iş fasilələrlə 7-10 günə tamamlanır.


Sonaxanım əl işlərinə maraq da böyükdür. Gənc usta hazırladıqlarının satışını təşkil etməklə yanaşı, “Sanama” tikiş növünü öyrənmək istəyənlərdən də bildiklərini əsirgəmir. Məqsəd qədim sənət nümunələrini yaşatmaqdır. Sonaxanım Əzizova əl işlərini müxtəlif müsabiqələrə də təqdim edib.


Qeyd edək ki, qədim tikmə sənətindən hazırlanan əl işlərinin paytaxtda sərgisi də təşkil edilib.

Müəllif | Apa.Tv
Apa.tv