Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə dönüb.

APA xəbər verir ki, yığmanı daşıyan təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.

Futbolçuları azakeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri, incəsənət ustaları və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, iyunun 11-də Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionundan üstün olaraq tarixi ilkə imza atıb.

Müəllif | Apa.Tv
Apa.tv