Minik avtomobili avtobusla toqquşdu - APA TV
Minik avtomobili avtobusla toqquşdu - APA TV Zabrat şossesində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya BNA-dan bildirilib. Qeyd olunub ki, 10 RJ 911 nömrə nişanlı minik avtomobili “Azlənd-Plaza” MMC-nin istismarında olan 217 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 318 nömrə nişanlı avtobusu arxadan vurub. Daşıyıcının verdiyi məlumata görə, hadisə zamanı avtobusda sərnişin olmayıb.