Minik maşını aşdı, qohumlar yaralandı

Sabirabadda baş verən qəzada 5 nəfər xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhərində yaşayan Xocalı sakini, 1982-ci il təvəllüdlü Tunar Məmmədovun idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobilin aşması nəticəsində sürcü və avtomobildə olan qohumlar - 1975-ci il təvəllüdlü Qəhrəmanova Gülnar, Allahverdiyeva Zülfiyyə, Hüseynov Arzu və Məmmədov Mehdi müxtəlif dərəcəli xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv