Minik maşını beton dirəyə çırpıldı - SÜRÜCÜ ÖLDÜ, SƏRNİŞİN YARALANDI

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Sumqayıt şəhər sakini Aslan Qəhrəmanovun idarə etdiyi "KİA" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Sərnişin Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyala Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv