Minik maşını hündürlükdən çaya düşdü - YARALI VAR
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA TVxəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetmədən çıxaraq 30-40 metr hündürlükdən Şəmkir çayına düşüb. Nəticədə sürücü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV