Minik maşını “KamAZ”a çırpıldı – YARALANAN VAR
Bakı-Sumqayıt yolunda qəza baş verib. 10 ON 473 dövlət nömrə nişanlı “Fiat doblo" markalı avtomobil, 20 DV 993 dövlət nömrə nişanlı “Kamaz”a çırpılıb.
Hadisə yerində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Onlar sürücünü deformasiyaya uğrayan avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Minik avtomobilinin sürücüsü Fətəli Heydərovun təhlükəsizlik kəmərindən istifadə etməsi, onun yüngül xəsarət alması ilə nəticələnib.
Hadisənin təfərrüatları Dövlət Yol Polisi tərəfindən araşdırılır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.