Minik maşını qaz borusuna çırpıldı, xəsarət alanlar var - LƏNKƏRANDA

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Qrumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü Elvin Abdullazadə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı qaz borusuna çırpıb. Nəticədə avtomobildə olan 4 sərnişin xəsarət alıb. Hadisə zamanı qapalı kəllə-beyin travması alan 21 yaşlı Orxan Ağacanov və 20 yaşlı Vüqar Əlizadə travmatologiya şöbəsinə yerləşdirilib. 22 yaşlı Mehdi Əkbərov və 20 yaşlı Rusif Babayevin isə vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Hadisəni törədən sürücü Elvin Abdullazadə saxlanılaraq polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv