Minik maşını qəzaya uğradı – SÜRÜCÜ ÖLDÜ, SƏRNİŞİNİ YARALANDI
Gəncədə sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində sürücü Vüsal Məhərrəmov və sərnişin Vüsal Bəhmənov ağır bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılarkən sürücü Vüsal Məhərrəmov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.